İspaniya klubunun futbolçusu zorakılıqda ittiham olunur
"Kadis" klubunun futbolçusu Darvin Maçis şəxsə hücum etməkdə və ona bədən xəsarəti yetirməkdə ittiham olunur.
Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, mövsümü «Valladolid» də icarə əsasında keçirən yarımmüdafiəçi bu əməli dostları ilə birgə törədib.
Darvin keçmiş həyat yoldaşının tanışını döyməkdə günahladırılır.
Başlanan cinayət işinin nəticəsi olaraq, Maçis dörd il azadlıqdan məhrum edilə bilər.