İspaniya Kuboku: "Real Madrid" və "Barselona"nın rəqibləri bilindi

Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, "Real Madrid" bu raundda "Alkorkon"la üz-üzə gələcək.

"Barselona" isə Madrid "Atletiko"sunu mübarizədən kənarlaşdıran "Kornelya" ilə qarşılşacaq.

Qeyd edək ki, hər iki qarşılaşma yanvarın 20-də gerçəkləşəcək.