İspaniya kubokunda 1/2 finalçılar məlumdur

İspaniya Kral kuboku turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə “Betis”lə “Atletik”lə üz-üzə gəlib. Bilbao təmsilçisi bu görüşdə penaltilərlə qələbə qazanıb.

"Betis" – "Atletik" - 1:1 (penaltilər 1:4)
Qollar:
 Xuanmi, 84 – R.Qarsiya, 90+4

Qeyd edək ki, bundan əvvəl "Sevilya", "Levante" və "Barselona" da yarımfinala yüksəlib.