İspaniya kubokunun sahibi məlum olub

İspaniya kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, həlledici görüşdə “Betis”lə "Valensiya" münasibətləri aydınlaşdırıb.

Əsas vaxtı heç-heçə bitən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gətirilib.

Zərbələri daha dəqiq yerinə yetirən "Betis" 3-cü dəfə İspaniya kubokuna sahib çıxıb.

İspaniya kuboku

Final

24 aprel

Betis - Valensiya - 1:1 (penaltilər 5:4)

Qol: İqlesias, 11 - Duro, 30.

Banner