İspaniya millisi Qananı məğlub edib
İspaniya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Qana yığmasını məğlub edib.
Sportline.az xəbər verir ki, H qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Mundialın ikinci gününün ilk qarşılaşması avropalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün daha 7 qarşılaşma olacaq.