İspaniya nəhəngi Ceydon Sançonun transferinə hazırlaşır

“Barselona” qış transfer pəncərəsində Ceydon Sançonu heyətinə qatmaq niyyətindədir.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, kataloniyalılar bununla bağlı “Mançester Yunayted"lə razılıq əldə ediblər.

Mançesterlilər Ceydon Sanço ilə baş məşqçi Erik Ten Haq arasında yaşanan gərginlik səbəbindən bu addımı atmaq niyyətindədirlər.

Xatırladaq ki, “Brayton”la görüşdə heyətə buraxılmayan Sanço məşqləri komandadan ayrı keçirir.

Qeyd edək ki, “Mançester Yunayted” 2 il öncə Ceydon Sanço üçün Dortmund “Borrusiya”sına 70 milyon avro ödəmişdi.