İspaniya nəhəngləri ingiltərəli ulduzu izləyirlər

"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Sportline.az talkSPORT-a istinadla xəbər verir ki, onunla "Barselona" və "Atletiko" klubları yaxından maraqlanır.

Hər iki klubun skautları 22 yaşlı futbolçunun oyununu yaxından izləməkdədir.

Yaxın günlərdə sözügedən nəhnglərin "qırmızı şeytanlar"la danışıqlara başlayacağı gözlənilir.

Bu mövsümü icarə əsasəında "Xetafe"də keçirən Qrinvud 14 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.