İspaniya Superkubokunun digər finalçısı da məlumdur
İspaniya Superkubokunda ikinci finalçının da adı məlum olub.
Sportline.az xəbər verir ki, ikinci yarımfinal görüşündə "Real" "Atletik"lə qarşılaşıb.
Gərgin mübarizə ilə yada qalan oyunun 18-ci dəqiqəsində Raul Qarsiya açıb. O, 38-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. "Real"ın oyunçularından Kərim Benzema 73-cü dəqiqədə fərqlənərək, hesab arasındakı fərqi azaldıb. Lakin "kral klubu" bundan artığını bacarmayıb.
Qeyd edək ki, yanvarın 18-də keçiriləcək "Barselona" - "Atletik" finalı Bakı vaxtı ilə 00:00-da başlanacaq.