İspaniyada azarkeşlər həbs olundu

"Atletik" klubunun 5 azarkeşi hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Sportline.az "Marca"ya istinadla xəbər verir ki, bilbaolu fanatlar İspaniya kubokunun yarımfinalında "Atletiko" ilə oyunda yaşananlara görə cəzalandırılıblar.

Həmin azarkeşlər rəqib komandanın tərəfdarlarına xəsarət yetirməkdə və stadiona zərər vurmaqda ittiham olunurlar. 

Qeyd edək ki, "sözügedən oyun 3-0 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatmışdı.