"Madrid "Real"a nifrət edir" pankartı və Vinisiusa qarşı irqçiliyin fəsadı: 4 nəfər saxlanıldı

İspaniya kubokunda yanvar ayında keçirilən "Real" - "Atletiko" matçında meydan sahiblərinin futbolçusu Vinisius Juniorun irqçiliyə məruz qalması barədə xəbər vermişdik.

Sportline.az xəbər verir ki, son günlərdə Vinisiusa qarşı irqçiliyin daha da çoxalması fonunda İspaniya polisi 4 ay əvvəl irqçilik edən 4 "Atletiko" azarkeşini saxladığını açıqlayıb.

Həmin azarkeşlər məhkəmə önünə çıxarılacaq.

Qeyd edək ki, irqçi fanatlar Madriddə bir körpüdən "Madrid "Real"a nifrət edir" pankartı açmış və üzərində Vinisiusun forması olan şişirtmə oyuncaq nümayiş etdirmişdilər.