İsrailli futbolçu "Barselona"nın hədəfində

İsrail millisinin üzvü Oskar Qlux karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Zalsburq"un yarımmüdafiəçisi "Barselona"nın hədəfindədir.

Bu haqda jurnalist Ekrem Konur Tviiterdə paylaşım edib.

Onun sözlərinə görə, kataloniyalılar 19 yaşlı futbolçunun keçidini yanvarda həll etməyi planlaşdırırlar. 

Onunla həmçinin "Arsenal", "Nyukasl" və "Aston Villa" klublarının da maraqlandığı bildirilir. 

Bu mövsüm 24 oyunda 6 qol, 4 asistlə yadda qalan futbolçunun transfer qiyməti 15 milyon avrodur.