İstanbul derbisi: "Fənərbağça" 20 illik seriyanı davam etdirdi

Türkiyə Superliqasının 28-ci turunda diqqətlər İstanbul derbisinə yönəlib.

Sportline.az xəbər verir ki, sonuncu dəfə Kadıköydə 1999-cu ildə qələbə qazanan "Qalatasaray" bu dəfə səfərdə 3 xalı hədəfləmişdi. Amma 10 nəfərlə mübarizə aparan Ərsun Yanalın "Fənərbağça"sı bu dəfə də məğlubedilməz olub.

"Fənərbağça" 1:1 "Qalatasaray"
Qollar:
Henri Onyekuru, 66 (0:1), Elif Elmas, 71 (1:1).
Qırmızı vərəqə: Hasan Ali Kaldırım, 45.