İstanbul derbisində 1 qol

Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Beşiktaş" "Vodafone Park"da "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Super Liqada turnir cədvəlinə 18 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbağça" 17 xalla 2-cidir. "Qalatasaray" 13 xalla 7-ci, "Beşiktaş" 12 xalla 8-ci yerdə qərarlaşıb.

"Beşiktaş" - "Qalatasaray" - 1:0

Qol: Umut Nayır, 69