İstanbul derbisində 6 qol

Türkiyə Super Liqasında 23-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Əzəli rəqiblər - "Beşiktaş" və "Fənərbağça" münasibətləri "birincilər"in meydanında aydınlaşdırıb.

İlk hissədə rəqib qapısına üç dəfə yol tapan "qara qartal" fasilədən sonra üstünlüyü itirib. Qonaqlar 12 dəqiqəyə vurduğu üç qolla tarazlığı bərpa ediblər.

Görüşün qalan dəqiqələrində başqa qol olmayıb və matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra "Beşiktaş" 3, "Fənərbağça" 14-cü pillədə qərarlaşıb.

"Beşiktaş" - "Fənərbağça" - 3:3
QOLLAR:
Gökhan Gönül, 10 (1:0); Burak Yılmaz, 18/p. (2:0); Burak Yılmaz, 45+2 (3:0); Mixa Zayts, 55 (3:1); Sadık Çiftpınar, 61 (3:2); Hasan Ali Kaldırım, 67 (3:3)

Standings provided by Sofascore LiveScore