İstanbul derbisinin hakimi açıqlandı

Türkiyə Super Liqasının, VI turunun "Qalatasaray”  -  "Fənərbaxça” görüşünün hakimi məlum olub.

Sportline.az xəbər verir ki, görüşü Cüneyt Çakır idarə edəcək. 

Qeyd edək ki, sentyabrın 28-də "Türk Telekom Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.