İstanbul derbisinin hakimi bilindi

Türkiyə Super Liqasının 28-ci turunda diqqətlər İstanbul derbisinə yönələcək.

Sportline.az xəbər verir ki, böyük maraqla gözlənilən “Fənərbaxça” – “Qalatasaray” matçının hakimi artıq bəllidir.

Qarşılaşmanın baş hakimi Ali Palabıyık olacaq. Ona  Kamal Yılmazla Sərkan Olquncan yardım edəcək.  4-cü hakim Koray Gənçərlər olacaq. VAR (Videotəkrar) sisteminə isə İbrahim Yuşan, Bülənt Balta, Kərim Altıay və Murat Kanqalgil nəzarət edəcək.

Qeyd edək ki, “Fənərbaxça” “Qalatasaray” derbisi aprelin 14-ü, Bakı vaxtilə saat 20:00-da başlanacaq.