İstanbul derbisinin hakimi bilindi

Türkiyə Süper Liqasının 23-cü turunda keçiriləcək “Fənərbağça” – “Qalatasaray” matçının baş hakimi məlumdur.

Sportline.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək.

Turun digər mühüm qarşılaşması - “Beşiktaş” - “Trabzonspor” matçında isə Fırat Aydınus söz sahibi olacaq.

Qeyd edək ki, “Beşiktaş” – “Trabzonsor” matçı şənbə, “Fənərbaxça” – “Qalatasaray” görüşü isə bazar günü keçiriləcək.