İstanbul derbisinin vaxtı bəlli oldu
Türkiyə Superliqasının 23-cü turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" matçının vaxtı müəyyənləşib.
Sportline.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 23-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, 19 turdan sonra "Fənərbağça" 37 xalla 2-ci, "Qalatasaray" 33 xalla 6-cıdır.