İstanbul nəhəngi Mitroviç üçün 10 milyon avro təklif edib
"Fənərbağça" "Əl-Hilal"ın serbiyalı forvardı Aleksander Mitroviçə rəsmi təklif göndərib.
Sportline.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu Mitroviç üçün 10 milyon avro ödəməyə hazırdır.
30 yaşlı futbolçu "Əl-Hilal"dan ayrılmaq niyyətindədir. Oyunçu Avropa futboluna geri dönmək istəyir. Bu səbəbdən "Fənərbağça"nın təklifinə müsbət yanaşır.
Qeyd edək ki, Mitroviç ötən mövsüm çıxış etdiyi 36 matçda 28 qol 7 asistlə yadda qalıb.