İstanbul nəhəngini o çalışdıracaq
İstanbulun "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, "Başakşehir"lə yolları ayrılan Abdullah Avcı "qara qartallar"ı çalışdıracaq.
56 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. Avcı yeni vəzifədə Şenol Günəşi əvəzləyib. Günəş 2018-2019 mövsümü başa çatdıqdan sonra bütün diqqətini Türkiyə millisindəki işinə yönəldib.
Qeyd edək ki, "Beşiktaş" mövsümü bürünc, "Başakşehir" isə gümüş medalla başa vurub. "Qalatasaray" isə həm çempion, həm də kubokun sahibi kimi "qızıl dubl" edib.