İstanbulda "aslan" kükrədi

"Qalatasaray" Türkiyə Superliqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, İstanbul klubu 17-ci turda "Antalyaspor"u qəbul edib və 5:0 hesabı ilə qalib gəlib.

"Qalatasaray" - "Antalyaspor" - 5:0
Qollar:
 Falkao, 10-pen, 28, Kelustka, 37-avtoqol, Babel, 82, Antalyali, 89

Bu qələbə ilə xalını 27-yə yüksəldən "Cim-Bom" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Sivasspor" 34 xalla (16 oyundan) 1-ci,  "Başakşəhər" 33 xalla 2-ci, "Trabzonspor" 32 xalla 3-cüdür.