İsveçrə Liqasının bombardiri "Vilyarreal"a keçəcək

"Vilyarreal" hücumçu Tierno Barrinin transferi ilə bağlı "Bazel"lə razılığa gəlib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, İspaniya klubu qvineyalı oyunçunu 15 milyon avro qarşılığında heyətinə qatacaq.

Müqavilənin son detalları yekunlaşdırılır və transferin bu həftə tamamlanacağı gözlənilir. 

Barri 2023-cü ildən "Bazel"də çıxış edir. 21 yaşlı oyunçu bu mövsüm komandası ilə çıxdığı 4 oyunda 8 qol vurub. 

Qeyd edək ki, futbolçunun "Bazel"lə müqaviləsi 2027-ci ilə qədərdir.Transfermarkt dəyəri 4 milyon avrodur.