İtaliya çempionu Gyökeresi transfer etmək istəyir
"Sportinq"in isveçli forvardı Viktor Gyökeres karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Sunday Mirror" nəşrinə istinadən xəbər verir ki, "Napoli"nin rəhbərliyi Gyökeresin meneceri ilə danışıqlara başlayıb.
26 yaşlı futbolçunun transfer qiyməti 67 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, V.Gyökereslə Londonun "Arsenal" klubuda yaxından maraqlanır.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 54 qol 13 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Gyökeres karyerasını ərzində "Bromma", "Brayton", "St Pauli", "Suonsi Siti" və "Koventri" kimi klublarda çıxış edib.