İtkin futbolçunun cəsədi tapıldı

Bu gün İspaniyanın "Kordova" komandasının 18 yaşlı futbolçusu Alvaro Prietonun cəsədi tapılıb.

Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, onun meyiti bu gün Sevilyanın Santa Xusta stansiyasında aşkarlanıb.

Klub rəhbərliyi rəsmi sosial şəbəkə hesablarında gənc futbolçunun ölümündən təsirləndiyini bildirib.

Qeyd edək ki, Prietonun sonuncu dəfə Sevilyadakı Santa-Husta stansiyasından Kordovaya gedən qatarı gözləyərkən görmüşdülər.