Jeremi Frimponqun sərbəst qalma məbləği açıqlanıb

"Bayer" niderlandlı futbolçusu Jeremi Frimponqun sərbəst qalma məbləğini açıqlayıb.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Almaniya klubu J.Frimponq üçün 35 milyon avro tələb edir.

24 yaşlı sağ cinah müdafiəçisinin "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Frimponq "Liverpul"un transfer siyahısında yer alır.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 4 qol 12 asistlə yadda qalıb.