"Jirona"da yeni müqavilə
"Jirona" müdafiəçi Arnau Martinezlə müqaviləni uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
Martinez 2018-ci ildən formasını geyindiyi "Jirona"da 123 oyuna çıxıb və 6 qol, 15 asistlə yadda qalıb.
Qeyd edək ki, "Jirona" bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.