"Jirona"dan "Barselona"ya

"Barselona" heyəti Oriel Romeu ilə gücləndirəcək.

Sportline.az marca nəşrinə istinadla xəbər verir ki, kataloniyalılar "Jirona" ilə 31 yaşlı yarımmüdafiəçinin transferini razılaşdırıblar.

"Jirona"nın bu keçiddən 5-6 milyon avro qazanacağı bildirilir.

Romeunun bu həftə yeni klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Oriol son mövsümdə meydana çıxdığı 33 oyunda 2 dəfə rəqib qapılarına yol tapıb.