"Jirona"dan tarixi nəticə
"Jirona" klub tarixində ilkə imza atıb.
Sportline.az xəbər verir ki, kataloniyalılar La Liqanın 19-cu turunda "Atlütko"nu drammatik mübarizədə məğlubiyyətə uğradıblar.
Bu, klubun tarixində madridlilər üzərində ilk qələbə olub.
Qeyd edək ki, 4:3 hesabı ilə başa çatan oyunda "Jirona"nın qollarını Valeri, Savio, Deyli Blind və İvan Martin vurub.
Meydan sahibləri qələbə qoluna əlavə olunan 1-ci dəqiqədə imza atıblar.
Aktivində 48 xalı olan "Jirona" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.