Joao Feliksin məvacibi açıqlandı

“Barselona” klubu “Atletiko Madrid”dən transfer olunan Joao Feliksin maaşında endirim edib.

Sportline.az Goal.com-tr-yə istinadla bildirir ki, portuqaliyalı futbolçu bu il “Barselona”dan 400 min avro maaş alacaq.

Buna səbəb kataloniyalıların maliyyə problemi yaşamasıdır.

Gənc hücumçu maaşından kəsildiyi üçün şikayətlənməyib.

Qeyd edək ki, “Barselona” Joao Feliksdən başqa futbolçuların da maaşında endirim edib.