Joao Pedro üçün 4 klubdan təklif var

"Brayton"un brazilyalı futbolçusu Joao Pedro mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az jurnalist Sam Dinin məlumatına istinadən xəbər verir ki, "Liverpul", "Arsenal", "Çelsi" və "Mançester Yunayted" J.Pedronu transfer etmək istəyən klubların siyahısında yer alır.

23 yaşlı forvardın "Brayton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Joao Pedro bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 10 qol 7 asistlə yadda qalıb.