Joau Feliks azarkeşləri hiddətləndirib

Joau Feliks "Atletiko" azarkeşlərini qəzəbinə tuş gəlib.

Sportline.az xəbər verir ki, onun "Barselona"nın formasında "Atletiko"nun qapısına vurduğu qoldan sonra sevinməsi madridli fanatları hiddətləndirib.

Klubun azarkeş birliyinin üzvü Alberto Qarsiya futbolçunun bu hərəkətini tənqid edib.

"İndi aydın olur ki, o, uşaqlıqdan "Barselona"nın tərəfdarıdır. Vurduğu qola elə sevinir ki. sanki hansısa mükafat qazanıb. Bu jest bizim azarkeşlərə, onu vaxtilə dəstəkləyən fanatlara qarşı hörmətsizlikdir", - deyə Qarsiya COPE-yə düşüncəsini bölüşüb.

Qarsiya həmçinin Feliksin artıq klubun xəyanətkar futbolçuları siyahısında olan Uqo Sançes, Tibo Kurtua və başqalarının yer aldığı sıraya qoşulduğunu bildirib.