Jul Kundenin transfer qiyməti açıqlanıb
"Barselona" fransalı futbolçusu Jul Kundenin transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı sağ cinah müdafiəçisi üçün 80 milyon avro tələb edir.
"El Nacional" nəşrinin yaydığı məlumata görə, "Çelsi" J.Kundenin xidmətində maraqlıdır. Lakin "zadəganlar" bu keçid üçün 65 milyon avro ödəmək niyyətindədir.