Kalafiori “Arsenal”da qala bilər – “Topçular” müdafiəçini satmaq niyyətində deyil

İtaliyalı müdafiəçi Rikardo Kalafiyori, “Real Madrid” klubunun marağına baxmayaraq, yeni mövsümdə də “Arsenal”ın heyətində qalmağa yaxındır.

Sportline.az xəbər verir ki, London təmsilçisi futbolçunu baş məşqçi Mikel Artetanın layihəsinin əsas fiqurlarından biri hesab edir və onun satışı ilə bağlı hər hansı planı yoxdur.

Bu barədə “Diario Sport” nəşri məlumat verib.

Məlumata görə, Kalafiyorini transfer etmək istəyən istənilən klub “Arsenal”ı danışıqlara başlamağa razı salmaq üçün 100 milyon avrodan artıq təklif irəli sürməlidir.

“Topçular”ın rəhbərliyi 23 yaşlı müdafiəçinin gələcəyini klubla əlaqələndirir və onun uzunmüddətli perspektivdə komandanın vacib üzvlərindən biri olacağına inanır.

Qeyd edək ki, Kalafiyorinin müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

Onun bazar dəyəri 55milyon avro təşkil edir.

Banner