Kamavinqanın bəxti gətirib

"Real"ın və Fransa millisinin futbolçusu Eduard Kamavinqa Çilli seçməsi ilə oyunda (3-2) məcburi əvəzlənmişdi.

Sportline.az xəbər verir ki, onun vəziyyəti elə də ağır deyilmiş

Bu haqda AS nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yarımmüdafiəçi martın 31-də "Atletiko" ilə derbi matçına hazır olacaq.

Qeyd edək ki, Kamavinqanın sol ayaq pəncəsinin bağları dartılmışdı.