Kaqava "Beşiktaş"da
"Beşiktaş" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, İstanbul təmsilçisi Şindzi Kaqavanı heyətinə qatıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, Şindzi Kaqava hazırda Dortmund "Borussiya"sına məxsusdur.