Karlo Ançelotti hiddətlənib
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Atletiko Madrid”ilə görüşdən danışıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Real Madrid Tv-yə müsahibəsində "Alberola Rohasın bərbad hakimliyi matçın gedişatına təsir göstərdi. “Real Madrid” fasiləyə 2:2 hesabı ilə yollanmalı, “Atletico Madrid” isə bir nəfər azlıqda qalmalı idi. Rohas yenidən komandamızın matçında kobud səhvlər etdi. Bu həqiqətən də biabırçılıqdır. Rohasın səviyyəsi bu görüşlər üçün yetərli deyil. Səhvləri bir-birinin ardınca edir", - deyib.
Qeyd edək ki, ötəngecəki Madrdi derbisindən “Atletiko” 3:1 hesablı qələbə ilə ayrılıb.