Karlo Ançelottini o əvəzləyəcək

"Real"ın baş məşqçisi Karlo Ançelottinin 2024-cü ildə Braziliya millisinin "sükanı arxasına" keçəcəyi haqda məlumat vermişik.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi artıq onu əvəzləyəcək mütəxəssisi dəqiqləşdirib.

Mənbənin məlumatına görə, Ançelottinin gedişindən sonra komanda Xabi Alonsoya həvalə olunacaq.

İspaniyalı mütəxəssis hazırda Leverkuzen "Bayer"indəki işi ilə buna layiq olduğunu isbatlamaqdadır. 

Qeyd edək ki, Alonso 2009-2014-cü illərdə "Real"ın şərəfini qoruyub.