Karvahal zədələndi

“Real” ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dani Karvahal zədələnib. O, La Liqanın 5-ci turunda “Valensiya” ilə görüşdə xəsarət alıb. 29 yaşlı müdafiəçi 26-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Real” bu qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.