"Kasımpaşa" "Konyaspor"la bacarmadı

Türkiyə çempionatında 2018/2019-cu illər mövsümü yekunlaşmaq üzrədir.

Sportline.az xəbər verir ki, artıq 33-cü tur başlanıb. Çempionatın ən çox top buraxan komandası “Kasımpaşa” doğma meydanda “Konyaspor”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılıb. Ömər Şahinər 25-ci dəqiqədə yerli azarkeşləri məyus edib. Fasiləyə məğlub yollanan meydan sahibləri 2-ci hissədə hücumlarını daha da gücləndiriblər. 56-cı dəqiqədə “Kasımpaşa”nın tunesli müdafiəçisi Syam Bin Yusif hesabı bərabərləşirib: 1-1. Qalan vaxt ərzində hər iki komanda çox çalışsa da, başqa qol olmayıb.