Kataloniya təmsilçisi La Liqaya döndü

İspaniya La Liqasında iştirak edəcək sonuncu klub müəyyənləşib.

Sportline.az xəbər verir ki, 2022/2023 mövsümü üçün sonuncu vəsiqəni “Jirona” qazanıb.

Kataloniya təmsilçisi Sequndanın pley-off oyunlarında “Tenerife”yə qalib (0:0, 3:1) gələrək elitaya yüksəlib.

“Jirona” 2018/2019 mövsümünün sonunda 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı.

Xatırladaq ki, daha öncə “Almeriya” və “Valyadolid” La Liqaya vəsiqə əldə etmişdi.

Banner