"Kayserispor"da pandemiya faktı

Türkiyənin “Kayserispor” klubunda koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, pandemiya üçün edilən testlərdə bir nəfərin virusa yoluxduğu məlum olub. Nəticəsi müsbət çıxan şəxsin klubun işçisi olduğu bildirilib. 

Qeyd edək ki, daha əvvəl Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” klublarında da koronavirusa yoluxma halı açıqlanmışdı.