Keçmiş "Barsa"lı İngiltərə klubunda
“Barselona”nın sabiq futbolçusu Alen Haliloviç karyerasını İngiltərədə davam etdirəcək.
Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Ridinq”ə keçib.
Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Haliloviçlə 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu “Birmingem” olub. Xorvat futbolçu daha əvvəl “Dinamo” (Zaqreb), “Barselona”, “Milan”, “Hamburq” kimi klublarda çıxış edib.