Keçmiş "Qalatasaray"lı "Fənərbağça"da

"Fənərbağça" növbəti transferini gerçəkləşdirib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl İttihad" klubundan Qari Rodriqesi heyətinə qatıb. Kapo-verdeli yarımmüdafiəçi qarşıdakı 2 mövsümü icarə əsasında "sarı-lacivərdli" komandada keçirəcək. "Fənərbağça" 28 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna da sahibdir. Təcrübəli oyunçuya görə qarşı tərəfə təzminat ödənilməyib.

Qeyd edək ki, Rodriqes 2017-ci ilin qışından 2019-cu ilin yanvar ayına kimi "Qalatasaray"da çıxış edib.