Kenan Yıldız İngiltərə nəhənginə keçə bilər
"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Arsenal" Kenanı transfer etməyi düşünür.
20 yaşlı sol cinah vingeri üçün Turin klubu ən azı 50 milyon avro tələb edir.
Qeyd edək ki, Kenan Yıldızın "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.