"Kəpəz" "Zirə"yə qarşı
Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün “Kəpəz” “Zirə” ilə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, oyun Tovuz şəhər stadionunda, saat 19:00-da başlanacaq.
“Zirə” 61 xalla ikinci, "Kəpəz" isə 28 xalla 9-cu yerdə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
IV dövrə, XXXII tur
26 aprel
19:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu