Kerkez "Liverpul"un maraq dairəsindədir
"Liverpul" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az jurnalist Uriel Laqtın məlumatına istinadən xəbər verir ki, "Bormunt"un macarıstanlı sol cinah müdafiəçisi Miloş Kerkez karyerasını "Liverpul"da davam etdirməyə yaxındır.
Bu keçid üçün Mersisayd klubu 45 milyon avronu gözdən çıxarıb. 21 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Miloş Kerkez ötən mövsüm çıxış etdiyi 41 matçda 2 qol 6 asistlə yadda qalıb.