Kilyan Mbappe Madrid "Real"ı ilə ilk məşqinə çıxıb
"Real Madrid"in yeni transferi Kilyan Mbappe "Kral klub"u ilə ilk məşqini keçirib.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, fransalı super ulduz ilə yanaşı milli komandadan qayıdan Dani Karvaxal, Cud Bellingem, Orelyen Çuameni və Ferlan Mendi də məşqlərə qoşulublar.
Mbappe iyunun 3-də rəsmi olaraq "Real"ın futbolçusu olub.O, yeni klubunda illik 30 milyon avro qazanacaq. Hər qola görə oyunçuya bonuslar ödənəcək. Kilyanın son olaraq PSJ-də çıxış edib.
Xatırladaq ki, "Real Madrid" ötən mövsüm La Liqa və Çempionlar Liqasının qalibi olub.