Kim Min Cenin "Əl-Nəsr" klubuna keçidi gündəmdədir

"Bavariya"nın cənubi koreyalı futbolçusu Kim Min Ce "Əl-Nəsr" klubuna transfer olmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna məlumat yayıb.

28 yaşlı stoperin transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Kim Min Ce "Bavariya" klubuna "Napoli"dən 50 milyon avro qarşılığında transfer olunmuşdu.