Klopp İtaliya klubunu çalışdıra bilər

"Roma"nın rəhbərliyi klubun sükanı arxasına almaniyalı mütəxəsis Yürgen Kloppu gətirmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İtaliya klubu hazırkı baş məşqçi Klaudio Raniyeri ilə yollarını ayıracaq.

Qeyd edək ki, "Roma" İtaliya A Seriyasında 66 xalla 5-ci pillədə yer alır.