Kloppun "Barselona"ya gəlişi haqda açıqlama verildi

"Barselona"nın baş məşqçi postuna namizədlərdən biri də Yurgen Kloppdur.

Sportline.az xəbər verir ki, bu yay "Liverpul"dan ayrılacaqğını açıqlayan almaniyalı mütəxəssisin İspaniyaya yollanacağı ilə bağlı xəbərlər dolaşmaqdadır.

Klubun idman direktoru Deku məsələ ilə əlaqədar sualları cavablandırıb.

Portuqaliyalı funksioner bu təyinatın 2024-cü ildə reallaşacağını mümkünsüz olduğunu bildirib.

O, "SOL"a açıqlamasında bunu maliyyə sıxıntıları ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, "Barsa"nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılacaq.